İran ordusu Hərbi Hava Qüvvələrinin "Oqab 44" adlı ilk yeraltı hava bazasını təqdim edib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri və ordunun baş komandanı, general-mayor Əbdülrəhim Musəvi bazaya baş çəkiblər.
"Oqab 44" bütün növ döyüş və bombardmançı təyyarələrini, eləcə də pilotsuz uçuş aparatlarını qəbul etmək və idarə etmək imkanına malikdir. pizza sifarişi
Hərbi hava bazası komanda məntəqəsi, qırıcılara texniki xidmət anqarları, təyyarələrə texniki xidmət mərkəzləri, naviqasiya və hava limanı avadanlığı, yanacaq çənləri və s. kimi imkanlara malikdir.
Bu böyük yeraltı baza həm də Hərbi Hava Qüvvələrinin yeni qırıcılarını qəbul etmək və operativ şəkildə istifadə etmək imkanına malik olacaq.
General-mayor Baqirinin səfəri zamanı “Suxoy-24” qırıcı-bombardmançı təyyarəsində quraşdırılmış “Asif” uzaqmənzilli qanadlı raketin də təqdimatı keçirilib.
Telegram kanalımız