İranda edamlar 75 faiz artıb

saytların hazırlanması

Evə çatdırılma

İranda edamlar 75 faiz artıb

Dünya

16 Aprel 2023 09:24 621


İranda 2022-ci ildə edam edilənlərin sayı ondan əvvəlki illə müqayisədə 75 faiz artıb.

Bununla bağlı iki insan haqları qrupu bildirir ki, İranda “edam maşınından” ölkəni etirazların bürüdüyü bir vaxtda cəmiyyətin qorxudulması üçün istifadə edilir.

2022-ci ildə İranda 582 nəfər edam olunub. Bu, 2015-ci ildən bəri ən yüksək edam göstəricisidir. Marqarita pizza

Norveçdə mənzillənmiş İran İnsan Haqları və Parisdə mənzillənmiş Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatlarının hesabatına görə 2015-ci ildə 333, 2021-ci ildə isə 582 nəfər edam edilib.

Ötən ilin sentyabrından bəri İranı 22 yaşlı Məhsa Əmininin ölümünə etirazdan başlanmış itaətsizlik dalğası bürüyüb.

Hakimiyyət etiraz aksiyalarına sərt reaksiya verib. Ötən il dörd nəfər məhz etirazlarla bağlı çıxarılan hökmlərlə edam olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!