İranda generalın oğlu öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

İranda generalın oğlu öldürüldü

Dünya

23 Aprel 2022 15:40 594


İran İnqilab Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanını general Hüseyn Almasinin olduğu avtomobilə naməlum şəxslərin açdığı atəş nəticəsində mühafizəçi ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə əyalətin mərkəzi Zahidan şəhərində nəzarət-buraxılış məntəqəsində olub. 

Rəsmi mənbələr Hüseyn Almasinin xəsarət almadığını bildirsələr də, onun yaralandığı ilə bağlı xəbər də yayılıb.  Sezar pizza

Məlumata görə, mühafizəçi Mahmud Absalan İran İnqilab Keşikçiləri Qvardiyasının Salman Farsi adına 110-cu briqadasının komandiri general Pərviz Absalanın oğludur. 

Sistan-Bəlucistan əyaləti valisinin müavini Əlirza Mərhəməti hücum etməkdə şübhəli bilinənləru Zahidan şəhərinin girişindəki nəzarət-buraxılış məntəqəsində tutulduqlarını deyib. 

Qeyd edək ki, Sistan-Bəlucistan İran üçün gərginlik mənbələrdəndir. Bu əyalət Əfqanıstan və Pakistanla həmsərhəddir. Hər üç ölkənin sərhədində əsasən, bəluclar yaşayır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!