Rusiyalı jurnalist Yuliya Yuzik İranda saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, “Azadlıq” radiosunun Rusiya bürosunun xəbərinə görə, Y. Yuzik İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Yaxın günlərdə onun məhkəməsi keçirilməlidir. Dominos pizza
Rusiyanın Tehrandakı səfirliyindən də bu haqda məlumat verilib. Bildirilib ki, onlar da məsələdən xəbərdardırlar. Jurnalistin saxlanılması faktı araşdırılır.


Telegram kanalımız