İranın Səmnan əyalətinin Dibac şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İran Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Dibac şəhəri yaxınlığında yerləşib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə qeydə alınıb. Toyuqlu pizza
İlkin məlumata əsasən, zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı qeydə alınmayıb.
Qeyd edək ki, ötən gün də Səmnan əyalətinin Əmiriyyə bölgəsində 4,5 bal gücündə zəlzələ baş vermişdi. Bununla da əyalətdə ardıcıl ikinci gündür ki, hiss olunan yeraltı təkanlar qeydə alınır.
Telegram kanalımız