İrandan Azərbaycanın ərazi bütövlüyünə TƏHDİD - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycanın ərazi bütövlüyünə TƏHDİD - VİDEO

Dünya

18 Oktyabr 2022 15:05 1960


İran İnqilabının Keşikçiləri Korpusu oktyabrın 17-də SEPAH-ın Quru Qoşunlarının Azərbaycanla sərhədə canlı qüvvə, zirehli texnika, Araz çayından keçmək üçün üzən körpülər və digər hərbi qurğular göndərib.

Bizim.media xəbər verir ki, bununla bağlı, SEPAH-ın “Twitter” hesabı İran əsgərinin Araz çayının Azərbaycanla sərhəddə Xudafərin körpüsü yaxınlığında durduğuna və İran ordusunun üzən körpülərinin Araz çayının üzərində açıldığına dair videorolik hazırlayıb.

SEPAH bununla “işğal altındakı Şimali Azərbaycan əyalətində” (Bakı) yaşayan iranlılara mənalı mesaj göndərib. Habelə Quran ayəsindən sitat gətirilib: “O zaman ki, biz dənizi yardıq və sizi xilas etdik”. Marqarita pizza

Bununla da, SEPAH Azərbaycanı hədələyərək mesaj verir ki, İran ordusu Araz çayı üzərindən keçərək dost, müsəlman, qonşu, eyni dil, din və mədəniyyətin daşıyıcısı dediyi bir ölkəyə hərbi təcavüz etmək üçün hazır vəziyyətə gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!