Ermənistan İran istehsalı olan AD-08 “Məcid” qısamənzilli hava hücumundan müdafiə sistemini əldə edib.
“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, bununla da Ermənistan sözügedən HHM kompleksinin ilk xarici operatoru olub.
Məlumata görə, sistem İran və Ermənistan arasında 2024-cü ilin iyulunda imzalanmış 500 milyon dollarlıq gizli silah müqaviləsi çərçivəsində tədarük edilib. pizza
Qeyd edək ki, AD-08 “Məcid” elektro-optik və infraqırmızı hədəf aşkarlama sistemi ilə çalışır və o, radar siqnallarından minimum istifadə etdiyi üçün aşkarlanması çətin hesab olunur. AD-08 “Məcid” sistemi dronları, helikopterləri və aşağı hündürlükdə uçan digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Kompleks həmçinin qanadlı raketlərə qarşı yaxın məsafəli müdafiə təmin edir. Sistem hava hədəflərini elektro-optik və infraqırmızı avadanlıqlar vasitəsilə aşkarlayır, radar istifadə etmədən onları gizli şəkildə izləyərək zərərsizləşdirə bilir. AD-08 “Məcid” eyni anda bir neçə hədəfə qarşı fəaliyyət göstərmək imkanına malikdir. Mobil platforma üzərində yerləşdirildiyi üçün sürətli mövqe dəyişərək operativ hava müdafiəsi yaratmağa imkan verir.
Telegram kanalımız