4 İyul - 03:33
İranın hərbi obyektində qəza: 1 nəfər öldü

İranın hərbi obyektində qəza: 1 nəfər öldü

Dünya

26 May 2022 11:55 385


İranın Parçin bölgəsindəki hərbi müəssisədə qəza baş verib.

Yenisabah.az IRNA-ya istinadla verdiyi məlumata görə, bu barədə İslam Respublikasının Müdafiə Nazirliyi məlumat uyayıb.

Hadisə dünən axşam saatlarında baş verib. Rəsmi izaha görə, istehsalat qəzası nəticəsində bir nəfər ölüb, daha bir nəfər aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Tehranın Parçin Sənaye Bölgəsi İranın nüvə və raket sənayesinin ən mühüm mərkəzlərindən biridir və 2 il əvvəl bu mərkəzdə partlayış baş verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!