İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində ABŞ-nin Yaxın Şərqdəki hərbi və diplomatik obyektlərinə dəyən zərərin milyardlarla dollar olduğu bildirilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, ümumi zərərin həcmi 2,2 milyard dollardan 5,1 milyard dollara qədər qiymətləndirilir. Ən ciddi zərərin Naval Support Activity Bahrain bazasına dəydiyi, yalnız bu obyektin bərpasının təxminən 400 milyon dollara başa gələcəyi iddia olunur. Toyuqlu pizza
Qəzet yazır ki, Vaşinqton bölgədəki hərbi mövcudluğunu yenidən nəzərdən keçirir. Müzakirə olunan variantlar arasında bəzi bazaların köçürülməsi, Fars körfəzi ölkələrində hərbi kontingentin azaldılması və qüvvələrin daha təhlükəsiz ərazilərdə yerləşdirilməsi də var.
Nəşrin iddiasına görə, mümkün yeni yerləşmə məkanlarından biri kimi İsrail də nəzərdən keçirilir. Hələlik bu məsələlərlə bağlı yekun qərarın qəbul olunmadığı bildirilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız