İranın kartofu da zay çıxdı - 24 ton məhv edildi 

saytların hazırlanması

Evə çatdırılma

İranın kartofu da zay çıxdı - 24 ton məhv edildi 

Sosial

04 Aprel 2023 16:25 641


İrandan Azərbaycana gətirilən 24 tona yaxın yararsız kartof məhv edilib. 

Bu barədə "Yeni Sabah"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. 

Belə ki, Agentlik əməkdaşları fiziki şəxs Tağıyev Əhməd Şəmistan oğlunun İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan nümunələr götürürək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.  pizza sifarişi

Müayinələr nəticəsində idxal edilmiş 23700 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən fitopatogen bakteriyalar - kartofun qonur çürüməsi (ralstonia solanacearum) aşkar edilib. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sınaq nəticəsi uyğunsuz çıxmış ərzaqlıq kartof məhsulunun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. İstehlaka yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!