Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İranın yeni prezidenti and içdi
03 Avq 2021 11:58
434

İranın yeni prezidenti and içdi

Bu gün İranın yeni seçilmiş prezidentinin təsdiqlənmə mərasimi keçirilib. 

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, ölkənin Ali Lideri İbrahim Rəisinin vəzifəsinin icrasına başlaması barədə fərman imzalayıb. Ayətullah Xamnəi həmin fərmanı öz dəftərxanasında keçirilən mərasimdə İranın 13-cü prezidenti İbrahim Rəisiyə təqdim edib.

İbrahim Rəisi 18 iyun seçkilərində 18 milyon 21 min 945 səs toplayıb.

Dövlət xadimləri və hərbi rəsmilərin iştirak etdiyi təsdiqlənmə mərasimində yeni prezident çıxış edib.

Xatırladaq ki, Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova avqustun 5-də keçiriləcək İbrahim Rəisinin andiçmə mərasimində iştirak edəcək. 

Bu barədə İranın Azərbaycandakı səfiri Abbas Musəvi məlumat yayıb. Onun sözlərinə görə, Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan XİN müavini və bir neçə yüksək vəzifəli şəxslər olacaq.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər