"REAL TV"-nini rəhbəri Mirşahin Ağayev jurnalistlərin döyülməsi ilə bağlı hadisələrə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, REAL TV və APA TV əməkdaşlarının peşə fəaliyyətini yerinə yetirərkən zorakılığa məruz qalmasını pisləyib.
M.Ağayev hər iki hadisə ilə bağlı qanunun nəzərdə tutduğu ən sərt tədbirlərin görülməli olduğunu vurğulayıb: Marqarita pizza
“Real TV-nin əməkdaşlarının hadisə rayonunda bir qrup tərəfindən amansızlıqla döyülməsinin ardınca APA-dan olan həmkarlarımın öz peşə borcunu yerinə yetirərkən şiddətə məruz qalması faktına münasibətimlə maraqlananlar var. Hər kəsə ayrılıqda cavab verməməkdən ötrü buradan-sosial hesabımdan paylaşım edirəm: Hər iki fakt üzrə Qanunun yol verdiyi ən sərt tədbirlər görülməlidir. Heç kim cəzadan kənarda qalmamalıdır. Cəzalar, onların verilmə və niyə xüsusilə sərt olma səbəbləri mediada geniş işıqlandırılmalıdır.
Bir sözlə, hər şey elə edilməlidir ki, bir də heç kim media təmsilçisinin qanuni tələblərinə zorakılıqla cavab vermək fikrinə düşməsin!
Bu tövsiyəm isə KİV rəhbərlərinə, hadisədə zərər çəkənlərədir. Əgər zorakılığa yol verənlər və ya onların “elçiləri” barış üçün, “aranı düzəltmək” məqsədilə qapınıza gəlsələr, dərhal geri qaytarın. Dinləmədən. Qətiyyətli və barışmaz olun! Budur mənim mövqeyim! Azərbaycan Polisinə isə həm Real TV, həm də APA-nın əməkdaşları ilə baş verən zorakılıqla bağlı operativ hərəkət etdiyinə, Qanuna uyğun davrandığına görə fürsətdən istifadə edərək bir daha təşəkkürümü bildirirəm!”.
Aydan Hacı
Telegram kanalımız