İranlı nazir “sanksiya klubu“ yaratmağı təklif edir

saytların hazırlanması

Evə çatdırılma

İranlı nazir “sanksiya klubu“ yaratmağı təklif edir

Dünya

14 May 2023 13:54 827


İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi ölkələrin Qərbin sanksiyalarına qarşı mübarizə tədbirlərini müzakirə etmək üçün platformaya çevrilə biləcək “sanksiya klubu”nun yaradılmasını təklif edib.

Yenisabah.az “Mehr”ə istinadla xəbər verir ki, o, Rusiyada keçirilən 11-ci Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda çıxış edib.

Nazir bəyan edib ki, bütün müstəqil və azad ölkələr sanksiyalar tətbiq edənlərə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə və digər beynəlxalq orqanlara şikayət etməlidir. Marqarita pizza

Rəhimi qeyd edib ki, Qərbin sanksiyalarından əziyyət çəkən dövlətlər öz suverenliklərini və qanunlarını qorumaq üçün klub daxilində siyasətlərini koordinasiya edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!