"Bu gün Josep Borrell ilə telefon danışığında xatırladım ki, bizim aydın siyasətimiz Ukraynada müharibəyə və onun gərginləşməsinə qarşı çıxmaqdır".
Yenisabah.az xəbər verir ki, bunu "Twitter" səhifəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian yazıb.
O qeydinin davamında əlavə edib: "İran raketlərinin Ukraynaya qarşı istifadə üçün Rusiyaya göndərilməsi iddiası əsassızdır. Rusiya ilə müdafiə sahəsində əməkdaşlığımız var, lakin Ukraynaya qarşı silah və pilotsuz təyyarələr göndərmək qətiyyən bizim siyasətimiz deyil". pizza sifarişi
Xatırladaq ki, bu gün Aİ-nin İran əleyhinə sanksiyaları qüvvəyə minir.
Telegram kanalımız