İraq da türk PUA-ları ala bilər

saytların hazırlanması

Evə çatdırılma

İraq da türk PUA-ları ala bilər

Dünya

10 Dekabr 2021 17:10 724


İraq Azərbaycandan sonra "Bayraktar TB2" türk döyüş təyyarələrini alan ikinci qonşu ölkə ola bilər.

Yenisabah.az "TRT Haber"ə istinadla xəbər verri ki, İraqla belə bir sövdələşmənin hərbi-siyasi məzmun da daxil olmaqla fərqli nəticələri olacaq, .

İraq Nazirlər Kabineti pilotsuz təyyarələrin alınması üçün 100 milyon dollar ayırıb. pizza hut

Müdafiə siyasəti üzrə analitik Hakan Kılıç hesab edir ki, İraqa pilotsuz uçan aparatların satışı ölkəyə müəyyən səviyyədə inam və Türkiyənin özünə qarşı Türkiyə istehsalı olan PUA-lardan istifadə etməyəcəyinə dair təminat tələb edir:

 “Əgər razılaşma əldə olunarsa, bu, ikitərəfli münasibətlərin müəyyən səviyyəyə çatdığını göstərəcək və biz əminik ki, onlar bizim məhsullarımızdan bizə qarşı istifadə etməyəcəklər”.

Kılıç izah edib ki, İraq ABŞ, Rusiya və Çin ilə sıx əlaqələr saxlayır, lakin Bağdad PUA almaq üçün Türkiyəni seçərsə, siyasi yaxınlıq nümayiş etdirəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!