Qadınların daşı ağırdır, bəzi kişilərin başına düşür...

saytların hazırlanması

Evə çatdırılma

Qadınların daşı ağırdır, bəzi kişilərin başına düşür...

Yazar

21 May 2026 12:55 225


Qadınların daşı ağırdır. O da bəzi kişilərin başına düşüb olan qalan ağıllarını itiriblər. Ən təhlükəlisi isə budur: bizim cəmiyyət hələ də qadının yerini mətbəxlə ölçməyə çalışan düşüncədən tam qurtula bilməyib.

Hər dəfə “qadın evdə oturmalıdır”, “uşaq böyütmək onun əsas missiyasıdır”, “ailəyə baxsa daha faydalı olar” kimi fikirlər ortaya atılanda, bir sual yaranır: niyə qadının həyatı başqalarının rahatlığı üzərindən qurulmalıdır? Niyə kişinin uğuru “karyera”, qadının eyni istəyi isə “ailədən uzaqlaşmaq” kimi təqdim edilir?

Əslində problem qadının evdə oturmasında deyil. Problem seçim haqqının əlindən alınmasındadır. Evdar olmaq istəyən qadın da hörmətlidir, alim olmaq istəyən də, sürücü olmaq istəyən də, rəhbər olmaq istəyən də. Amma bizdə məsələ seçimdən çox, qadına “yer göstərmək” həvəsinə çevrilib. pizza hut

Cəmiyyət qəribə bir paradoks yaşayır. Bir tərəfdən “ana müqəddəsdir” deyilir, digər tərəfdən həmin ananın fikri, arzusu, inkişafı lazımsız hesab olunur. Qadından həm savadlı övlad böyütməsi tələb edilir, həm də özünün inkişaf etməməsi gözlənilir. Axı inkişaf etməyən insan necə inkişaf etmiş cəmiyyət qura bilər?

Ən ironik tərəfi isə budur ki, qadının işləməsini problem sayanların bir qismi illərlə qadın müəllimdən dərs alıb, qadın həkimə gedib, qadın jurnalistin xəbərini oxuyub, qadın mühasibin hesabına güvənib. Amma mövzu qadının azadlığına gələndə birdən “ailə dəyərləri” xatırlanır.

Bəziləri qadını evə qaytarmaq istəyir. Amma o dövrün qatarı çoxdan gedib. Qadını mətbəxə sıxışdırmaq istəyən düşüncə isə hələ də keçmişin tozlu rəfindən bizə göz vurur. Problem ondadır ki, o rəfi təmizləmək əvəzinə, bəziləri bunu baş tacı edir.

Qadının yerini göstərməyə çalışanların çoxu əvvəlcə öz düşüncəsinin yerini bilməlidir.

Çünki qadını susdurmaq inkişaf deyil qorxudur, geri çəkmək ənənə deyil acizlikdir. Qadının azadlığından narahat olmaq isə kişinin gücünü yox, kompleksini göstərir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!