İraqdakı toqquşmalarda 30 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

İraqdakı toqquşmalarda 30 nəfər öldü

Dünya

30 Avqust 2022 13:04 814


İraqın paytaxtı Bağdadda silahlı toqquşmalar nəticəsində azı 30 nəfər həlak olub, 380 nəfər yaralanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb. 

Bu gün səhər saatlarında Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanın” raket atəşinə tutulduğu bildirilir. Sky News Arabia telekanalı xəbər verir ki, zərbə dörd raketlə endirilib. Dominos pizza

Bazar ertəsi günü siyasətdən getdiyini elan edən şiə imamı Muqtada əs-Sadrın yüzlərlə tərəfdarı Bağdadda hökumət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zonanı” tutub. Etirazçılar Respublika sarayını əhatəyə alıb və binaya giriblər. Ölkənin bütün ərazisində komendant saatı elan edilməsinə baxmayaraq, paytaxtda və bəzi regionlarda toqquşmalar davam etməkdədir. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!