İrəvan Rusiyadan pulunu geri ala bilmir

İrəvan Rusiyadan pulunu geri ala bilmir

Rəsmi Veb saytların hazırlanması

24 Noyabr 2023 17:01 1568


Nikol Paşinyan Ermənistanın Rusiyaya silah pulu ödədiyini, lakin silahların hələ də çatdırmadığını təsdiqləyib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, baş nazir bu məsələnin müzakirə olunduğunu qeyd edib:

“Təbii ki, belə problemlər var. Bu problemin həlli mexanizmləri ilə bağlı müzakirələr gedir. Variantlardan biri Ermənistanın Rusiyaya olan borcunun azaldılmasıdır. Doğrudur, bu, yeganə variant deyil, lakin variantlardan biridir.

Rusiyanın özünə silah lazımdır və Ermənistan onunla işləməyə hazırdır. Ümid edirəm ki, müzakirələr konkret nəticələr verəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!