Noyabrın 17-də səhər İrəvan Dövlət Universitetinin kimya fakültəsinin binasında partlayış baş verib.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bu barəfə Ermənistan Dİn məlumat yayıb.
Nazirliyindən verilən məlumata görə, partlayış təmir işlərinin aparıldığı zirzəmidə baş verib.
İlkin məlumata görə, 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Partlayışın səbəbi müəyyənləşdirilir. Hadisə yerində polis və tibb işçiləri işləyir. Tələbələr evə göndərilib.
Telegram kanalımız