Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha 5 nəfərin meyiti aşkarlanıb.
Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata əsasən, ölənlərin ümumi sayı 15 nəfərə çatıb.
Xatırladaq ki, avqustun 14-ü İrəvandakı "Surmalu" ticarət mərkəzində partlayış baş verib. Partlayış nəticəsində 15 nəfər həlak olub, 61 nəfər isə xəsarət alıb. Bundan əlavə, 2-si İran və 1-i Rusiya vətəndaşı olmaqla 18 nəfər itkin düşüb.
Telegram kanalımız