Sabunçu rayonu ərazisində yerləşən obyektlərin birindən ümumi dəyəri 8000 manat olan 6 ton metal avadanlıq oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq cinayətinə görə məhkum olunmuş 33 yaşlı T.Əzimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun işlədiyi obyektdən dəmir avadanlıqları hissə-hissə talayaraq metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. pizza hut
Faktla bağlı araşdırmalar davam etdirilir.
Telegram kanalımız