Müsavat Partiyasının başqanı İsa Qəmbər 33 ildən sonra işğaldan azad edilmiş Qarabağa səfər edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Müsavat Partiyası başqanının müavini Mustafa Hacıbəyli sosial şəbəkə hesabında paylaşım edib. O, səfərdən video və fotolar yayımlayıb.
Səfərdə İsa Qəmbərlə yanaşı, Müsavat Partiyasının Məclis sədri Arif Hacılı, Mərkəzi Aparatın sədri Gülağa Aslanlı, başqan müavini Razim Əmiraslanlı və partiyanın digər təmsilçiləri də iştirak ediblər. Toyuqlu pizza
Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında olub. Daha sonra Hadruta səfər edən heyət Azıx mağarasını ziyarət edərək bölgənin tarixi və təbii abidələri ilə tanış olub.
Qeyd edək ki, İsa Qəmbər əslən Füzuli rayonunun Kürdlər kəndindəndir. Bu, onun doğma bölgəsinə işğaldan azad olunmasından sonra ilk səfəri olub.
Telegram kanalımız