İşdən çıxarılan baş həkim danışdı: “Uşaq haqqında nə demişəmsə, düz demişəm”

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan baş həkim danışdı: “Uşaq haqqında nə demişəmsə, düz demişəm”

Sosial

05 Aprel 2023 11:18 1431


Xəbər verdiyimiz kimi, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub. A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir. 

Amma burda digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı  3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Lakin baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o, nazirin əmri ilə vəzifəsindən azad edilib. Dördpendirli pizza

Məsələni dəqiqləşdirmək üçün sabiq baş həkim Ağahəsən Rəsulovla əlaqə saxladıq. Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, açıqlamasında o, vəzifədən azad olunduğunu təsdiqləyib:

“Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”.

Vəzifədən azad olmasının Məhəmməd Hacıyevlə bağlı səsləndirdiyi fikirlə əlaqəli olması ilə bağlı suala isə Ağahəsən Rəsulov belə cavab verib:

“Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burda nə var ki, Məhəmməd Hacıyev haqqında dediklərimi yenə də təkrarlaya bilərəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!