İşdən çıxarılmaması üçün Trampa 25 milyon dollar verib

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılmaması üçün Trampa 25 milyon dollar verib

Dünya

22 Noyabr 2026 11:51 55


ABŞ ticarət naziri Hovard Lutnik Epşteyn işi ilə bağlı işdən çıxarılmaqdan Donald Trampa 25 milyon dollar bağışlamaqla xilas olub. 

"Yeni Sabah" xəbər verir ki, belə bir iddia ilə "The Wall Street Journal (WSJ)" qəzeti çıxış edib. Qəzetin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu ilin əvvəlində ticarət nazirini vəzifəsindən azad etməyi düşünüb. Onun işdən çıxarılması ilə bağlı müzakirələrə Lutnikin əvvəllər maliyyəçi Ceffri Epşteynin şəxsi adasına baş çəkdiyini etiraf etməsi səbəb olub.

Qəzetin mənbələrinə görə, Lutnikin Donald Trampın prezident kitabxanasının yaradılmasına 25 milyon dollar bağışlamasından sonra vəziyyət dəyişib. Bu vəsaitlərin köçürülməsindən sonra Prezident Lutnikin işdən çıxarılması məsələsini qaldırmağı dayandırıb. ShopByBro

WSJ nəşri ilə bağlı Ağ Ev nümayəndələri və ya Ticarət Nazirinin özü tərəfindən heç bir rəsmi şərh verilməyib./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!