Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat

Hadisə

22 Noyabr 2026 09:23 82


Qazaxda ehtiyatda olan zabit dəm qazından boğularaq ölüb.

"Yeni Sabah" xəbər verir ki, əslən Qazax rayonundan olan, Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Vüqar Qulu oğlu Məmmədov bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində həyatını itirən Dərgahquliyevlər ailəsinin üzvlərinin yas mərasimində iştirak etmək üçün rayonun Kəmərli kəndinə gedib.

O, kənddəki ata evində dəm qazından boğularaq həyatını itirib. Məişət texnikası

Məlumata görə, mərhum ehtiyatda olan zabit olub və Bakı şəhərindəki 185 nömrəli tam orta məktəbdə hərbi müəllim işləyib.

Hadisə ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!