Azərbaycan Respublikasından xarici ölkələrə səfər edən və ya ölkədən nağd pul çıxarmaq istəyən şəxslər üçün xarici valyutanın daşınma qaydaları açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalentinədək xarici valyutanı Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Bunun üçün həmin məbləğin gömrük orqanına şifahi formada bəyan edilməsi kifayətdir. Məişət texnikası
Qeyd edək ki, bu qayda həm Azərbaycan Respublikasının rezidentlərinə, həm də qeyri-rezidentlərə şamil olunur. Eyni zamanda, fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də bu imkanlardan yararlana bilərlər.
Beləliklə, ölkədən 10 min ABŞ dolları ekvivalentinədək xarici valyuta aparmaq istəyən şəxslər gömrük orqanına şifahi bəyan etməklə bu əməliyyatı həyata keçirə bilərlər.
Aytac Əliyeva
Telegram kanalımız