Adına VÖEN açılan şəxslər vergi uçotunu ləğv etmək üçün hansı prosedurlardan keçməli olduqlarını bilməlidirlər.
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fiziki şəxslərin VÖEN-inin ləğvi qaydalarını açıqlayıb.
Bildirilib ki, vergi uçotunun ləğv edilməsi üçün ilk növbədə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” təqdim olunmalıdır. Bununla yanaşı, şəxsin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə də tələb olunur. İnternet mağaza
Sənədləri şəxsən və ya notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə vasitəsilə uçotda olduğunuz vergi orqanına təqdim etmək mümkündür. Eyni zamanda, müvafiq vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək olar.
VÖEN-i bağlamaq istəyənlər üçün daha bir imkan elektron qaydada müraciətdir. Belə ki, gücləndirilmiş elektron imzası, o cümlədən “ASAN İmza”sı olan şəxslər vergi orqanına getmədən İnternet Vergi İdarəsi portalı vasitəsilə fəaliyyətlərini onlayn qaydada ləğv edə bilərlər.
Elektron müraciət qaydası ilə bağlı ətraflı məlumatı Dövlət Vergi Xidmətinin saytında “Elektron xidmətlər” bölməsində yerləşən “Fiziki şəxsin vergi uçotundan çıxarılması” xidmətinin istifadəçi və videotəlimatlarından əldə etmək mümkündür.
Aytac Əliyeva
Telegram kanalımız