Noyabrın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 22-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, 21-i axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə arabir qar yağıb. Onlayn mağaza
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 21, Zaqatalada 12, Kişçayda (Şəki) 10, Şəmkir, Tovuzda 9, Gədəbəydə 8, Balakən, Daşkəsəndə 6, Oğuzda 5, Gəncə və Ağstafada 4, Göygöldə 2, Qazax, Samux, Mingəçevirdə 1 mm təşkil edir.
Bəzi yerlərdə qərb küləyi əsib. Küləyin maksimal sürəti Mingəçevirdə 21, Şahdağda 20, Goranboyda 19, Kəlbəcər və Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.
Telegram kanalımız