Abort zamanı vəfat edən Yeganə   GÖRÜN KİMİN QURBANI OLUB?!

saytların hazırlanması

Evə çatdırılma

Abort zamanı vəfat edən Yeganə GÖRÜN KİMİN QURBANI OLUB?!

Hadisə

22 Noyabr 2026 00:02 61


Şəmkirdə abort zamanı həyatını itirən qadının yaxınları danışıblar.

"Yeni Sabah" "Xəzər" TV-yə istinadən xəbər verir ki, mərhumun yaxınları 35 yaşlı Yeganə Əhmədovaya tibbi yardımın vaxtında göstərilmədiyini iddia edirlər.

Onların sözlərinə görə, Şəmkir şəhər sakini hamiləliyini sonlandırmaq məqsədilə rayon ərazisində yerləşən özəl tibb müəssisəsinə müraciət edib. Burada terapevtik və cərrahi müdaxilələr aparılıb. Lakin prosedur zamanı qadının vəziyyəti ağırlaşıb və o, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İnternetdən sifariş

Mərhumun ailəsi iddia edir ki, xəstə bir tibb müəssisəsindən digərinə yönləndirilib, lakin vaxtında lazımi yardım göstərilməyib. Onların sözlərinə görə, qadının vəziyyəti ağırlaşdıqdan sonra qan köçürülməsinə ehtiyac yaranıb.

Yaxınları həkimlərin müdaxiləsinin gecikdiyini və ölüm hadisəsində tibbi səhlənkarlıq olduğunu düşünürlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!