“Heydər Əliyevə göndərilən məktuba “qol çəkməyəcəm” deyib qapını üzümüzə çırpanlar olub” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Heydər Əliyevə göndərilən məktuba “qol çəkməyəcəm” deyib qapını üzümüzə çırpanlar olub” - VİDEO

Siyasət

21 Noyabr 2026 11:25 61


“Universitetdə Heydər Əliyevi hakimiyyətə dəvət etməklə bağlı müraciəti öhdəsinə götürənlərdən biri mən, biri isə Səfiyar Musayev oldu. Səfiyar Musayev o vaxtlar Bakı Dövlət Universitetinin çox hörmətli, tanınan tarixçi professoru idi. Mən də dəqiq elmlər üzrə professor idim. Dəqiq elmlər tərəfində qol çəkmə prosesinə mənimlə keçmiş Mədəniyyət nazirinin müavini Vaqif Əliyev baxırdı. Gətirin bu dəqiqə qol çəkim deyənlər də olurdu, mən çəkməyəcəm deyib qapını üzümüzə çırpanlar da olub”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri məşhur “91-lər”dən biri olan, professor Şahlar Əsgərov “YouTube”da yayımlanan “Astar” kanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, məktuba qol çəkənlər arasında Xəlil Rza Ulutürk və Zeynəb Xanlarova kimi xeyli tanınmış şəxs var idi: Bakıda online alış-veriş

“Misal üçün, bir dəfə Sirus Təbrizliylə birlikdə Xəlil Rza Ulutürkün evinə getdik. O vaxtlar o, “Gənclik” metrosu tərəfdə, 207 nömrəli məktəbin yanında yaşayırdı. Özü də xəstə idi. Sirusla mən məkubu ona apardıq. Xəlil Rza ilə Sirus tanış idi, amma mən onu ilk dəfə orada gördüm.

Xanımına dedi ki, Firəngiz, xeyirli ideya ilə gələn qonaqlara bir çay dəmlə gətir. Xəlil Rza Ulutürk məktuba qol çəkdi. Daha sonra Sirus başqa bir yazıçının yanına getdi, amma həmin yazıçı qol çəkməmişdi. Onun kim olduğunu Heydər Əliyev bilirdi. Sirus Heydər Əliyevə demişdi. Zeynəb Xanlarovanın imzasını da Sirus almışdı”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!