“LC Waikiki” və “Penti”nin təmsilçisində nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

“LC Waikiki” və “Penti”nin təmsilçisində nə baş verir?

İqtisadiyyat

21 Noyabr 2026 13:27 50


“Best Brands Group MA” MMC (VÖEN: 1502989081) nizamnamə kapitalını azaltdığını rəsmi şəkildə elan edib.

“Yeni Sabah” xəbər verir ki, şirkətin nizamnamə kapitalı 120 080 manatdan 66 044 manata endirilib. Kapitalın azaldılması ilə bağlı qərarın səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.

“Best Brands Group MA” MMC 2015-ci ildə təsis olunub və Türkiyənin məşhur “LC Waikiki” və “Penti” geyim brendlərinin Azərbaycandakı rəsmi nümayəndəsidir. Şirkət daha əvvəl  2024-cü ildə də nizamnamə kapitalını kəskin azaldaraq 3 milyon 920 min 80 manatdan 120 min 80 manata salmışdı. Online alış-veriş

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!