Paytaxt sakini polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı onun paytaxt ərazisində və Abşeron rayonunda müxtəlif vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib. Dördpendirli pizza
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız