İŞİD lideri Mahnal əl-Aqal öldü

saytların hazırlanması

Evə çatdırılma

İŞİD lideri Mahnal əl-Aqal öldü

Dünya

14 İyul 2022 14:49 794


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyulun 12-də hədəf alınan bölgədə yaralanan DEAŞ-ın yüksək səviyyəli liderlərindən Mahnal əl-Aqalın öldüyünü açıqlayıb.

Yenisabah.az CENTCOM-dan verilən yazılı açıqlamaya istinadla xəbər verir ki, 12 iyulda Suriyanın şimal-qərbində DAİŞ-in ilk 5 liderindən biri olan Maher Əl-Aqalın öldürüldüyü hücumdan sağ çıxan Mahnal əl-Aqalın da öldüyü açıqlanıb.

Açıqlamada DEAŞ üzvünün yaralandıqdan sonra harada müalicə olunduğu və necə öldüyü ilə bağlı detallar yer almayıb. Dominos pizza

CENTCOM iyulun 12-də Suriyanın şimal-qərbində hava hücumu həyata keçirdiklərini, DEAŞ-ın yüksək səviyyəli liderlərindən Maher əl-Aqalın öldürüldüyünü, təşkilatın digər yüksək rütbəli liderinin isə yaralandığını açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!