İsmayıllının bu kəndində meşəni hasarlayırlar - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

İsmayıllının bu kəndində meşəni hasarlayırlar - VİDEO

Sosial

25 İyul 2023 14:07 4169


İsmayıllı rayonunun Buynuz kəndinə gedən yolun sağında və solunda meşə zolağı hər iki tərəfdən hasara alınıb. 

Bu barədə Yenisabah.az-ın kənddə qonaq olan əməkdaşına sakinlərdən biri məlumat verib. Qeyd edib ki, artıq bir neçə gündür ərazidə tikinti işləri aparılır.

Şikayətçinin sözlərinə görə, meşə zolağının hansı səbəbdən hasarlandığına dair kənd sakinlərinə heç bir izahat verilmir. O, bu qərarın həm yerli əhali, həm də kəndə qonaq gələn turistlər tərəfindən narazılıqla qarsalandığını bildirib. Sezar pizza

Qeyd edək ki, Buynuz İsmayıllının ən məşhur kəndlərindən biridir. Mərhum Xalq Musa Yaqub 10 may 1937-ci ildə bu kənddə doğulub. Şairin məzarı Buynuz kəndindədir. 

***

Əldə etdiyimiz məlumata görə, həmin ərazi Meşə Fonduna deyil, rayonda fəaliyyət göstərən sahibkarlardan birinə məxsusdur. 

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!