SON DƏQİQƏ! İsrail prezidentinin helikopteri quşlarla toqquşdu

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! İsrail prezidentinin helikopteri quşlarla toqquşdu

Dünya

25 İyun 2026 22:30 513


İsrail Prezidenti İsxak Hersoqun göyərtəsində olduğu helikopter "Sarsılmaz qaya" əməliyyatında həlak olanların xatirəsinə həsr olunmuş dövlət mərasimindən qayıdarkən qəza enişi etmək məcburiyyətində qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Ynet" portalı məlumat yayıb.

Hadisə helikopterin quşlarla toqquşmasından sonra baş verib. Helikopter İsrail Müdafiə Ordusunun (SAXAL) bazasına eniş edib, bundan sonra o, texniki yoxlamaya göndərilib. Prezident digər helikopterə əyləşərək planlaşdırılmış səfərini - həlak olmuş hərbi qulluqçunun ailəsinə baş çəkmək missiyasını davam etdirib. pizza hut

"Xəsarət alan yoxdur, hər hansı zədələnmə qeydə alınmayıb. Standart prosedura uyğun olaraq, uçuş heyəti digər helikopterə keçirilib və uçuşu davam etdirib. Helikopter növbəti yoxlama və ən qısa zamanda yenidən xidmətə qaytarılması üçün Hərbi Hava Qüvvələrinin texniki xidmətinə təhvil verilib. Hadisənin təfərrüatı araşdırılır", - deyə ordudan bəyan edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!