İsrail üçün ən böyük təhlükə

saytların hazırlanması

Evə çatdırılma

İsrail üçün ən böyük təhlükə

Dünya

06 Fevral 2022 18:15 1021


İran və onun nüvə proqramı Vyana danışıqlarının nəticəsindən asılı olmayaraq, İsrail üçün ən böyük təhlükədir.

Yenisabah xarici KİV-ə istinadən xəbər verir ki, belə bəyanatla İsrailin baş naziri Naftali Bennet çıxış edib.

"İsrail dövləti üçün ən böyük təhlükə İrandır. İranın nüvə proqramı İsrail hökumətinin məsuliyyət zonasındadır və biz təbii ki, Vyana danışıqlarına nəzarət edirik. İsrail istənilən halda fəaliyyət azadlığını qoruyub saxlayacaq”, - Bennett vurğulayıb. Pepperoni pizza

"Razılaşmanın sabitlik səviyyəsini artıracağına inananlar yanılır. Bu, uranın zənginləşdirilməsini müvəqqəti olaraq ləngidir, lakin region ölkələrinə baha başa gələcək", - İsrailin baş naziri deyib.

Bennett əlavə edib ki, İsrail "hazırda çatışmazlıqları düzəldir və illər, hətta onilliklər üçün hərbi güc qurur"./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!