Qüds və Təl-Əvivdə on minlərlə insan İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinin təklif etdiyi hüquq sistemində islahatlara etiraz etmək üçün küçələrə çıxıb.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, sabah qanun layihəsi Knessetdə (İsrail parlamenti – red.) birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Hazırda ölkənin hər yerində kütləvi tətillər keçirilir. Aksiyalarda bir milyona qədər insan iştirak edir. Dominos pizza
Xatırladaq ki, yanvarın əvvəlində İsrailin ədliyyə naziri Jarvin Levin tərəfindən təklif edilən yeni məhkəmə sistemində islahatların birinci hissəsi hökumətə hakimlərin seçim komissiyasına nəzarət etməyə imkan verəcək və Ali Məhkəmənin əsas qanunlar üzərində nəzarətini məhdudlaşdıracaq.
Aksiyadan görüntüləri təqdim edirik:
Telegram kanalımız