İsrailin raket zərbəsindən 5 suriyalı əsgər həlak olub

saytların hazırlanması

Evə çatdırılma

İsrailin raket zərbəsindən 5 suriyalı əsgər həlak olub

Dünya

17 Sentyabr 2022 09:11 849


Dəməşq Beynəlxalq Hava Limanında və ölkənin cənubundakı bəzi məntəqələrdə İsrailin təcavüzü nəticəsində 5 əsgər həlak olub.

Yenisabah.az SANA-aya istinadla xəbər verir ki, bu gün saat 00:45 radələrində İsrail düşməni Tiberiya gölünün şimal-şərq istiqamətindən Dəməşq Beynəlxalq Hava Limanına və Dəməşqin cənubundakı bəzi nöqtələrə raket zərbəsi endirib.

"Hava hücumundan müdafiə sistemləri təcavüzkarın raketlərinə cavab verib və onların əksəriyyətini vurub”, - hərbi mənbə xəbər agentliyinə bildirib. pizza

Mənbə əlavə edib ki, təcavüz “5 hərbçinin ölümünə və müəyyən maddi ziyana səbəb olub”.

Bu, İsrailin Dəməşq hava limanına raket hücumları ilə bağlı ilk belə hadisə deyil.

İyun ayında Suriya Nəqliyyat Nazirliyi bildirib ki, İsrailin Dəməşq Beynəlxalq Hava Limanının infrastrukturunu hədəf alan hücumu hava limanının uçuş-enmə zolaqlarına ciddi ziyan vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!