İsrailli nazir yenə xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

İsrailli nazir yenə xəbərdarlıq etdi

Dünya

29 Dekabr 2021 10:10 644


İsrailin xarici işlər naziri Yair Lapid İranın nüvə silahına sahib olmasına icazə verməyəcəklərini və nüvə danışıqlarında iştirak edən ölkələri, xüsusilə də ABŞ-ı “açıq şəkildə məlumatlandırdıqlarını” bildirib.

Yenisabah.az “Times of Israel”ə istinadla xəbər verir ki, nazir parlamentin Xarici Əlaqələr və Müdafiə Komitəsində etdiyi çıxışda deyib:

"İranın nüvə proqramını dayandırmaq İsrailin əsas təhlükəsizlik və xarici siyasət sınağıdır". Toyuqlu pizza

Avstriyanın paytaxtı Vyanada nüvə danışıqlarına qatılan ABŞ başda olmaqla bütün beynəlxalq güclərlə görüşdüyünü qeyd edən Lapid əlavə edib:

“Bunu hər kəsə açıqladıq: İranın nüvə silahı ölkəsinə çevrilməsinə icazə verməyəcəyik. Prioritetimiz təbii ki, beynəlxalq əməkdaşlıqla hərəkət etməkdir, lakin lazım gələrsə, özümüzü müdafiə etməkdən də çəkinməyəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!