İstefaya göndərimiş Tahir Əmiraslanov:    “Dünəndən bəri az qala...“

saytların hazırlanması

Evə çatdırılma

İstefaya göndərimiş Tahir Əmiraslanov: “Dünəndən bəri az qala...“

Sosial

13 May 2022 11:42 835


Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad və onun yerinə tanınmış teleaparıcı, publisist Orxan Fikrətoğlunun təyin edilməsinin səbəbi hələ də qara örtük altındadır.

Yenisabah.az xəbər verir ki, O.Fikrətoğlunun bu vəzifəyə gətirilməsi tənqidlə qarşılanıb. Peşəsinə görə kulinar olmayan şəxsin Kulinariya Mərkəzinə "baş aşpaz" gətirilməsi etiraz edənlər çoxluqdadır.

Mövzu ilə bağlı Tahir Əmiraslanov da açıqlama verməyə tələsmir. Pepperoni pizza

Yenisabah.az-ın mövzu ilə bağlı Milli Kulinariya Mərkəzinin eks-baş direktorundan izah alma cəhdi qısa açıqlama ilə tamamlanıb:

“Mən bu barədə şərh vermək istəmirəm. Artıq yorulmuşam. Dünəndən bəri az qala bununla bağlı 200 zəng gəlib. Heç bir şərh vermirəm! Yaxın vaxtlarda "Facebook" səhifəmdə açıqlama verəcəyəm”.

Qeyd edək ki, təxminən 1 həftə əvvəl professor Tahir Əmiraslanovun rəhbərliyi ilə Şuşada Birinci Kulinariya Festivalı keçirilmişdi.

Dövlət Turizm Agentliyi də yeni təyinatla bağlı hələlik heç bir açıqlama verməyib. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!