İstintaqdan sonra Gülben Ergenin sözləri yenidən gündəmdə - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

İstintaqdan sonra Gülben Ergenin sözləri yenidən gündəmdə - FOTOLAR

Şou

15 İyul 2026 13:39 78


Türkiyədə müğənni Haluk Levent və rəhbərlik etdiyi "Ahbap" Dərnəyi ilə bağlı başladılan istintaqdan sonra müğənni Gülben Ergenin illər əvvəl etdiyi paylaşım yenidən sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb.

"Yeni Sabah" xəbər verir ki, Türkiyə hüquq-mühafizə orqanları "Ahbap" Dərnəyinin ianələri ilə bağlı iddialar əsasında araşdırma aparır. Rəsmi açıqlamalara əsasən, iş üzrə 24 nəfər saxlanılıb və istintaq davam edir.

Araşdırmalar fonunda Gülben Ergenin 3 il əvvəl Haluk Levent haqqında yazdığı paylaşım yenidən gündəmə gəlib. Müğənni həmin paylaşımında belə yazmışdı: Toyuqlu pizza

"Haluk Levent haqqında bu ölkədə heç kim pis danışa bilməz. O, özünü müdafiə etməyə ehtiyacı olmayacaq qədər yaxşılıq edən bir insandır və böyük Anadolu ürəyi daşıyır".

Qeyd edək ki, istintaq hələ davam edir və məhkəmə tərəfindən yekun qərar verilməyib. Buna görə də irəli sürülən iddialar hüquqi baxımdan hələ təsdiqini tapmayıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!