İstirahət mərkəzləri də təhlükədə imiş -   Polis hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

İstirahət mərkəzləri də təhlükədə imiş - Polis hərəkətə keçdi

Kriminal

31 Avqust 2026 14:02 79


İsmayıllı rayonunda müxtəlif vaxtlarda evlərdən məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumatlar daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Yeni Sabah"a bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 24 yaşlı İlkin Hüseynov müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun rayon ərazisində yerləşən bir neçə istirahət mərkəzindən də oğurluq etdiyi müəyyənləşdirilib. Marqarita pizza

Faktla bağlı cinayət işi başlanılıb. İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!