İsveç parlamentinin üzvü Markus Vihel ölkənin xarici işlər naziri Ann Lindeyə Rusiyanın “terrorun dövlət sponsoru” kimi tanınması məsələsi ilə müraciət edib.
Yenisabah.az xəbər verir ki, Vihel nazirə xatırladıb: mayın 10-da Litva Seymi yekdilliklə Ukrayna ərazisində keçirilən xüsusi hərbi əməliyyata görə Rusiyanın “terrorçu dövlət” kimi tanınmasına səs verib.
Litva Rusiyanın hərəkətlərini Ukrayna əhalisinin soyqırımı hesab edib, həmçinin dünya ictimaiyyətini Rusiya təcavüzünü qiymətləndirəcək və onunla məşğul olacaq xüsusi cinayət məhkəməsi yaratmağa çağırıb. pizza hut
Bundan əlavə, bildirilib ki, ABŞ hakimiyyəti Ukraynada baş verən hadisələr fonunda Rusiyanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilmək üçün kriteriyalara əməl etməsini öyrənir.
Vihel bildirib: “Nazir ABŞ və Litvanın təşəbbüslərini necə qiymətləndirir? Nazirin İsveçdə, Aİ-də və ya bəzi beynəlxalq məkanlarda oxşar qərarlar verməsini gözləyə bilərikmi?"
Telegram kanalımız