İtaliya baş naziri istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

İtaliya baş naziri istefa verdi

Dünya

15 İyul 2022 10:16 674


İtaliyanın Baş naziri Mario Dragi istefa verib.

Yenisabah.az “Corriere della Sera”ya istinadla xəbər verir ki, bu barədə İtaliya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumətin iclasında Dragi müvafiq ərizəni prezident Sercio Mattarellaya təqdim edəcəyini bildirib. Lakin İtaliya prezidenti Sercio Mattarella bu istefanı qəbul etməyib. Dominos pizza

74 yaşlı Draqinin İtaliyadakı siyasi böhrana görə vəzifəsindən getdiyi açıqlanıb. Son vaxtlara qədər hakim koalisiyanın tərkibində olan və həmin koalisiyanın əsas qüvvəsi sayılan “Beş ox hərəkatı” Draqiyə etimad səsverməsinə qatılmaqdan imtina edib.

Bu o deməkdir ki, iqtidar parlament çoxluğunu itirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!