İtaliyanın Emiliya-Romanya bölgəsində baş verən daşqın nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Yenisabah.az RAI-yə istinadla xəbər verir ki, bölgədə güclü yağışlar nəticəsində azı 20 çay daşıb, çoxlu sayda yaşayış məntəqələri və əkin sahəsi su altında qalıb. 280-ə yaxın sürüşmə baş verib. Evlərində qapalı qalanlar helikopterlərlə xilas edilib.
Emiliya-Romanya vilayətinin rəhbəri Stefano Bonaccini Bolonyadan 3 min, Faenza və Ravennadan isə 5 min nəfərin 13 min insanın təxliyə edildiyini açıqlayıb. pizza hut
Xatırladaq ki, bu həftə sonu İmolada “Formula 1” çərçivəsində keçiriləcək Emiliya-Romanya Qran Prisi yaxınlıqdakı Santerno çayında daşqın təhlükəsi səbəbindən ləğv edilib.
Telegram kanalımız