“Həmin yaşda olan uşaqlar özlərini daha güclü hiss edirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Gülnar Orucova deyib.
O, son dövrdə yeniyetmələrin evdən qaçması faktlarını şərh edib. pizza mizza
Psixoloqun yeniyetməliyi çox qəliz bir dövr sayır:
“Bu yaşda onlar özlərini böyümüş, hər şeyə qadir hiss edirlər. Valideyn harasa getməyi icazə vermirsə, dava salaraq, hirslənərək, qışqıraraq, ağlayaraq öz istəklərinə nail ola bilirlər.
Valideynlər övladlarının hər sözünə diqqət yetirməlidir. Çünki bu yaş dönəmində onlar daha çox sevgi, azadlıq hiss etmək istəyir. Valideyn uşağa sevgi vermək yerinə, ona qadağalar qoyur, məsuliyyətlə yükləyir. Uşağa həddindən artıq məsuliyyət yüklənmək olmaz.
Gülnar Orucovanın sözlərinə görə, uşağı elə sevmək lazımdır ki, başqasının sevgisinə ehtiyac olmasın:
“Valideynlər övladlarına sevgi, diqqət verməlidir. Qayğı ehtiyacı ödəmək deyil. Qayğı ona mənəvi dəstəkdir. Uşağı elə sevmək lazımdır ki, başqasının sevgisinə ehtiyac olmasın. Məsuliyyət qoyanda da elə etmək lazımdır ki, onu çəkə bilsin. Özgüvənin aşağı düşməsi, psixoloji travmaya və intiharlara gətirib çıxara bilir”.
Nəzrin Vahid
Telegram kanalımız