İtkin düşən məktəbli qızlar tapıldı

İtkin düşən məktəbli qızlar tapıldı

Hadisə Veb saytların hazırlanması

13 Fevral 2024 11:03 609


Abşeronda itkin düşən iki məktəbli qız tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

Qeyd olunub ki, dünən günorta saatlarından Abşeron rayonunda 2010-cu təvəllüdlü iki məktəblinin itkin düməsi üzrə daxil olan məlumat üzrə dərhal polis əməkdaşları tərəfindən axtarışa elan edilib:

"Müəyyən edilib ki, həmin uşaqlar ailə üzvlərini məlumatlandırmadan Kürdəmir rayonuna nənəsinin yanına gediblər. Əməldə hər hansı kriminal tərkib yoxdur".

Xatırladaq ki, itkin düşənlər Masazır kənd 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Saray Məmmədli və Aydan Muradzadə idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!