İTV-nin baş direktorluğuna sənəd qəbulu başladı

saytların hazırlanması

Evə çatdırılma

İTV-nin baş direktorluğuna sənəd qəbulu başladı

Sosial

05 May 2022 13:03 232


Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə sənəd qəbulu elan edib.

Şuradan Yenisabah.az-a verilən xəbərə görə, namizədlərə dair şərtlər sırasında namizədin Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olması var.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər. Toyuqlu pizza

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlər aşağıdakı sənədləri 06 May 2022-ci il tarixdən 15 May 2022-ci il tarixədək Audiovizual Şuraya təqdim etməlidirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!