Kamal Abdullaya yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Kamal Abdullaya yeni vəzifə verildi

Sosial

27 Oktyabr 2024 22:17 1044


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdullaya yeni vəzifə verilib.

Modern.az-ın məlumatına görə, professor Azərbaycan Milli Ensiklopediyasının Redaksiya heyətinin üzvü təyin edilib.

Qeyd edək ki, Redaksiya heyəti Azərbaycan Milli Ensiklopediyasının yüksək elmi səviyyədə çapa hazırlanmasını təmin edir. pizza mizza

Redaksiya heyətinin qarşısında duran məqsəd müasir sivilizasiyanın əldə etdiyi bilik və məlumatların bütün sahələrini əhatə edən, Azərbaycan xalqının tarixində baş vermiş mühüm ictimai-siyasi və mədəni hadisələri elmi şəkildə əks etdirən, yeni dövrün tələblərinə cavab verən, universal xarakterli, sistemi və yığcam məlumat bazasını ensiklopedik formada təqdim etməkdir.

Qeyd edək ki, Kamal Abdulla 2017-ci ildən ADU-nun rektorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!