Karantinə rəğmən rayonlara sərnişin daşıyırdı, saxlanıldı - Foto
29 İyn 2020 11:51
1011

Karantinə rəğmən rayonlara sərnişin daşıyırdı, saxlanıldı - Foto

Xızı rayonunda karantin qaydalarını pozaraq, sərnişin daşıyan sürücü saxlanılıb.

Bununla bağlı Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, Bakı şəhərindən ölkənin şimal rayonlarına kəndlərarası yollarla sərnişin daşımağa cəhd edən Eldəniz Qurbanovu saxlayıblar.

Məlum olub ki, E.Qurbanov sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadəsində olan “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla, onları ölkənin şimal rayonlarına aparacağını vəd edərək, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı Xızı RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xızı rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarına əsasən, E.Qurbanov inzibati məsuliyyətə cəlb olunub.

 

Karantinə rəğmən rayonlara sərnişin daşıyırdı, saxlanıldı - Foto

Oxşar xəbərlər